Brave
İnternetdə hər gün ziyarət etdiyimiz film, xəbər və digər veb-saytlara daxil olanda qarşımıza çıxan bütün reklamları avtomatik bloklayan, həmçinin sürətli və təhlükəsiz brauzerdir. Güclü məxfilik qoruması ilə,saytlar sizin onlayn fəaliyyətinizi izləyə bilmir. Nəticədə məlumatlarınız və şəxsi gizliliyiniz tam şəkildə qorunur!
Brave ilə internetdə rahat, sürətli və gizli şəkildə istifadə edə bilərsiniz!
Arc search
Google-dan fərqli, yeni nəsil dərin axtarış motoru. Daha ağıllı alqoritmlər sayəsində axtardığınız mövzu ilə bağlı əsas məlumatları, statistikaları və vacib detalları süni intellekt dəstəyi ilə bir araya toplayıb sizə nizamlı və sadə şəkildə təqdim edir. Eyni zamanda reklamları və sizi izləyən saytları bloklayır, beləliklə həm rahat, həm də məxfi şəkildə istifadə edə bilərsiniz.
StartPage
Şəxsi məlumatlarınızı qoruyan, axtarış motorudur. Sorğunuzu anonim şəkildə həm Google-a, həm də Microsoft Bing-ə ötürür və əldə etdiyi cavabları sizin üçün təqdim edir. Sizin sorğularınızı, IP ünvanınızı heç bir yerdə saxlamır. Google’dən fərqli olaraq reklamsız və təhlükəsiz istifadə edə bilərsiz!
DuckduckGo
Həm sürətli, həm də gizliliyi qoruyan məşhur axtarış motorudur. Google-un əsas rəqiblərindən biri, gizliliyi ön planda tutan axtarış motorudur. Axtardığınız məlumatları, IP ünvanınızı yadda saxlamır və sizi izləyən saytları avtomatik bloklayır. Reklamsız və məxfi internet istifadəsi təmin edir. Əgər Google-a alternativ axtarırsınızsa, DuckDuckGo ideal seçimdir.
Rave
Dostlarınla eyni anda film,video izləmək və musiqi dinləmək üçün nəzərdə tutulmuş tətbiqdir. İstər Netflix, YouTube, Disney+, Amazon Prime Video kimi platformalardan, istərsə də Google Drive-dan videoları sinxron şəkildə izləyə bilərsiniz. İzləyərkən yazılı və ya səsli şəkildə söhbət etmək də mümkündür. Əsas funksiyalar tamamilə pulsuzdur, əlavə imkanlar üçün isə ödənişli versiyası mövcuddur.