Şəkil, video,vacib fayllarımızı necə qoruyaq?
Şəkillərimiz həyatımızın bir hissəsidir. Onlar bizim xatirələrimiz, keçmişimiz və çox vaxt ən özəl anlarımızdır. Bu səbəbdən də onların qorunması bizim üçün son dərəcə vacibdir.
Şəkil,videolarımızı sadəcə telefon və ya kompüterdə saxlamaq etibarlı deyil, çünki, cihaz itə,zədələnə,fayllar səhvən silinə bilər.
💡 Bəs həll yolu nədir?
🔐 Təklif Etdiyimiz Tam Təhlükəsiz Bulud Xidmətləri:
Bulud xidmətləri — foto, video və digər fayllarınızı şifrələnmiş şəkildə internetdə saxlamağa imkan verən sistemlərdir. Bu xidmətlər sayəsində məlumatlarınız həm qorunur, həm də istədiyiniz an, istənilən cihazdan əlçatan olur.
Bugün sizə ən güvənli,təhlükəsiz və büdcəyə uyğun 5 bulud xidmətini təqdim edəcəm.
Əvvəlcə: Niyə bu xidmətləri seçməliyik?
- ✅ Şəkillərinizi end-to-end şifrələmə ilə qoruyur – yəni sadəcə siz görə bilirsiniz.
- ✅ Android, iOS və komputer üzərindən rahat əlçatan olur.
- ✅ Pulsuz planla başlaya bilərsiniz və ehtiyaca uyğun sərfəli planlara keçid edə bilərsiniz.
- ✅ Məlumatlarınız satılmır, reklam üçün istifadə olunmur.
🚫 Niyə Google Photos Təhlükəli Seçimdir?
Təəssüf ki, demək olar ki, hər kəsin istifadə etdiyi Google Photos təkcə şəkillərinizi yox, şəxsi məlumatlarınızı da toplayır və analiz edir.
Google, Yandex, Microsoft kimi şirkətlərin bulud xidmətlərində end-to-end şifrələmə yoxdur.
Bu o deməkdir ki, istədikləri zaman sizin məlumatlarınıza baxa bilirlər — sizdən xəbərsiz.
1. 🔓 Məlumatlar serverdə şifrələnsə də, açarı özlərində saxlayırlar
- Google fayllarınızı serverdə şifrələyir, amma şifrə onlardadır.
- Sistem istədiyi zaman şəkillərinizi açıb analiz edə bilər.
🛡️ Bulud Xidmətlərində Necə Doğru Seçim Etməliyik?
Əgər məxfilik və şəxsi məlumatlarınızın qorunması sizin üçün önəmlidirsə, mütləq end-to-end şifrələmə (E2EE) dəstəkləyən bulud xidmətlərinə üstünlük verməlisiniz.
🔐 E2EE texnologiyası ilə fayllarınız yalnız sizin cihazınızda şifrələnir. Yəni bulud xidmətinin özü belə bu faylları deşifrə edə və oxuya bilmir. Bu, məlumatlarınızın maksimum səviyyədə qorunduğu mənasına gəlir.
✅ Tövsiyə olunan bulud xidmətləri:
✅ 1. Proton Drive
Xidmətə başlama tarixi: 2022
Serverlər: İsveçrə
Pulsuz yaddaş: 5 GB
Ömürlük plan: ❌ yoxdur
✅ 2. MEGA.nz
Xidmətə başlama tarixi: 2013
Serverlər: Avropa (Lüksemburq, Almanya), Yeni Zelandiya
Pulsuz yaddaş: 20 GB
Ömürlük plan: ❌ yoxdur
✅ 3. Sync.com
Xidmətə başlama tarixi: 2011
Serverlər: Kanada
Pulsuz yaddaş: 5 GB
Ömürlük plan: ❌ yoxdur
✅ 4. pCloud
Xidmətə başlama tarixi: 2013
Serverlər: Lüksemburq (AB), İsveçrə (Crypto üçün)
Pulsuz yaddaş: 10 GB
Ömürlük plan: ✅