Kompüterimizdə internetə daxil olmaq üçün Chrome, Edge, Opera, Firefox və digər populyar brauzerlərdən istifadə edirik. Brauzerinizin funksionallığını artırmaq, daha çox xüsusiyyətlər əlavə etmək istəyirsinizsə, “əlavə”lərdən (extension) istifadə etməlisiniz.
Wappalyzer
İstənilən veb saytın hansı texnologiyalardan istifadə etdiyini aşkar edən əlavədir.
Bu əlavə vasitəsilə ziyarət etdiyiniz saytın hansı sistemlərlə (məsələn, WordPress, Shopify), hansı proqramlaşdırma dilləri və ya analitika alətləri ilə işlədiyini asanlıqla öyrənə bilərsiniz.
Chrome web store’də 3 milyon istifadəçi tərəfindən quraşdırılıb.
Adblock
Gündəlik vaxt keçirdiyimiz,veb saytlarda qarşınıza çıxan reklamları bloklayan məşhur və pulsuz brauzer əlavəsidir.
Vpn proxy VeePN
Pulsuz və limitsiz VPN xidmətləri təqdim edir. İnternetdə sərbəst və təhlükəsiz gəzmək üçün istifadə olunan çoxplatformalı bir VPN xidmətidir.
Temp mail
Internetdə qeydiyyat və ya təsdiq üçün istifadə olunan, qısa müddətli, anonim və pulsuz e-poçt ünvanı təqdim edən bir xidmətdir. Əsas məqsədi sizin şəxsi e-poçt ünvanınızı spamlardan qorumaqdır. Məsələn hər hansısa saytdan müvəqqəti istifadə üçün qeydiyyat olmalısınız. Qeydiyyatda şəxsi epoçtunuzu yazmaq istəmirsinizsə temp-mail’in sizə verdiyi epoçtları istifadə edə bilərsiz.
Web Activity Time Tracker
Ziyarət etdiyiniz veb saytlar üzrə sərf etdiyiniz vaxtı izləyir və gündəlik, həftəlik və aylıq fəaliyyətinizə dair statistikaları təqdim edir. Ətraflı veb analitikası ilə hansı saytlarda daha çox vaxt sərf olunduğunu göstərir.
ChatGPT search
Defolt axtarış sistemini ChatGPT axtarışına dəyişin.