Google dizaynerlər üçün yeni alət təqdim etdi — Stitch tamamilə pulsuzdur!
Google dizaynerlər və tərtibatçılar üçün yeni, süni intellekt əsaslı bir alət təqdim edib — Stitch. Bu alət tamamilə pulsuzdur və veb sayt və ya mobil tətbiq prototiplərinin hazırlanmasını olduqca asanlaşdırır.
➡️ Tutaq ki, bir layihəniz var: məsələn, bir e-ticarət platforması qurmaq istəyirsiniz. Amma dizayn barədə heç bir fikriniz yoxdur – sayt necə görünməlidir, hansı üslub daha uyğundur və s.
💡 Məhz bu zaman Google Stitch sizə kömək edə bilər. Sadəcə olaraq, necə bir dizayn istədiyinizi yazırsınız və Stitch sizin üçün uyğun vizual dizaynı avtomatik yaradır.
🔧 Stitch alətinin əsas üstünlükləri:
✅ Tamamilə pulsuzdur
✅ Hazırlanan dizaynı birbaşa Figma platformasına ixrac etmək mümkündür
✅ Rənglər, şriftlər, düymələr və digər elementləri istədiyiniz kimi dəyişə bilərsiniz
✅ Prototip yaratmaq üçün peşəkar dizaynerə ehtiyac yoxdur
📌 Prototip – sayt və ya tətbiqin ilkin görünüşünü əks etdirən dizayn nümunəsidir.
🔗 Sayta keçid: stitch.withgoogle.com