Bu yazıda sizə heç bir ödəniş tələb etməyən, Android və iOS üçün rahatlıqla istifadə oluna bilən, tamamilə pulsuz foto və video redaktə tətbiqlərini təqdim edirik.
1. Snapseed
Google tərəfindən hazırlanmış bu tətbiq peşəkar səviyyədə müxtəlif redaktə alətləri və filtrlər təqdim edir. Hətta reklamsızdır.
🔗 Yüklə:
(Android / iOS)
2. Edits
Meta tərəfindən təqdim olunmuş bu yeni tətbiq həm foto, həm də video üçün süni intellekt (AI) əsaslı redaktə funksiyaları təklif edir. Sadə və sürətli interfeysə malikdir.
🔗 Yüklə:
(Android / iOS)
3. iMovie
Apple istifadəçiləri üçün ideal video redaktə vasitəsidir. Mac və iPhone üçün tam uyğunlaşdırılıb və istifadəsi çox rahatdır.
🔗 Yüklə:
(MacOs / iOS)
4. Vita
Sadə və istifadəsi rahat interfeysə malik video redaktor. CapCut proqramına bənzər hazır şablonlar təqdim edir.
📌 Parametrlərdən “VITA watermark” funksiyasını deaktiv edin ki, videolarda loqo görünməsin.
🔗 Yüklə:
(Android / iOS)
5. Indigo
Adobe tərəfindən iOS üçün hazırlanmış minimalist foto və video redaktor. Sadə effektlər və sürətli montaj imkanları təqdim edir.