back to top

Telefonda YouTube Reklamlarını Bloklamaq

Android cihazlarda YouTube-u reklamsız izləməyin sadə yolu

Rusiyada YouTube-da pul qazanma funksiyası deaktiv edildiyi üçün həmin regionda reklamlar da göstərilmir. Bu xüsusiyyətdən istifadə edərək, Rusiya VPN-i vasitəsilə biz də YouTube-da reklamları bloklaya bilərik.

Bunun üçün Play Market-dən VPN Russia tətbiqini yükləyib aktivləşdirməyi tövsiyə edirik.

Amma nəzərinizdə saxlayın ki, YouTube-dan istifadə etdiyiniz müddətdə VPN aktiv olmalıdır.

Həmçinin vpn aktiv olduğu zaman bank tətbiqlərindən istifadə etməməyiniz tövsiyə olunur, çünki vpn-in təhlükəsizlik səviyyəsi məlum deyil.


iOS istifadəçiləri üçün

Təəssüf ki, App Store-da Rusiya regionlu pulsuz VPN tapa bilmədim. Tapdıqlarım isə işləmədi. Çoxu yalnız ödənişli şəkildə istifadə olunur.

❗ Amma qısa müddətli yoxlama üçün VPN360 tətbiqini yükləyib 1 həftəlik pulsuz sınaq versiyasını aktivləşdirə bilərsiniz.
Vacib: Avtomatik ödəniş çıxmaması üçün abunəliyi dərhal deaktiv edin.

VPN abunəliyini deaktiv etmək üçün:

  1. Parametrlərə daxil olun

  2. Ən üst hissədə olan Apple ID / hesab adınıza toxunun

  3. Abunəliklər (Subscriptions) bölməsinə keçin

  4. VPN 360 seçin və Free Trial abunəliyini ləğv edin.


    📌 Çətinliyiniz olarsa, şərh yazmağı unutmayın – sizə dəstək olmaq üçün buradayıq!

Jabbarly Media
Jabbarly Mediahttps://jabbarlymedia.az
Jabbarly Media — texnologiya yönümlü, qeyri-kommersiya prinsipləri əsasında fəaliyyət göstərməyi hədəfləyən müasir media təşəbbüsüdür.
guest
0 Comments
Inline Feedbacks
View all comments

Populyar